Главная > Sənaye və energetika > Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb
Bakı-Supsa kəməri ilə indiyədək nəql olunan neftin həcmi açıqlanıb18-04-2025, 09:00. Разместил: Rss Bot Apa |
|
İstismara veriləndən 1 aprel 2025-ci ilədək “Bakı-Supsa” Qərb İxrac Boru Kəməri vasitəsilə ümumilikdə 738 milyon barrel neft nəql olunub. Bu barədə "Sizinxeber.az- Econimics" SOCAR-a istinadən xəbər verir. "“Bakı-Supsa” Qərb İxrac Boru Kəməri 17 aprel 1999-cu ildə istismara verilib. Layihənin həyata keçirilməsi Azərbaycanın neft ixrac marşurutunun şaxələndirilməsi və beynəlxalq enerji bazarlarına inteqrasiyasına mühüm töhfə verib", - məlumatda qeyd olunur. Qeyd edək, ki “Bakı-Supsa” neft kəmərinin tikintisinə 1996-cı ildə başlanılıb, 1998-ci ildə isə başa çatdırlıb. Kəmərin ümumi uzunluğu 829 kilometr, diametri isə 21 düym təşkil edir. Kəmərin maksimum gündəlik ötürmə gücü 146 min bareldir. Вернуться назад |