Главная > Sənaye və energetika > SOCAR Türkiyənin neft-kimya kompleksi 7 mlrd. dollar investisiya cəlb edə bilər
SOCAR Türkiyənin neft-kimya kompleksi 7 mlrd. dollar investisiya cəlb edə bilər6-01-2025, 12:50. Разместил: Rss Bot Apa |
|
“SOCAR Türkiye" Türkiyədə yeni neft-kimya potensialının yaradılmasına ("Petkim" neft-kimya kompleksinin bazasında -red.)investisiyaları 7 milyard ABŞ dolları həcmində qiymətləndirir. "Sizinxeber.az-Economics" xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev bildirib. Onun sözlərinə görə, qeyd olunan layihənin həyata keçirilməsi çərçivəsində 2025-2026-cı illər ərzində İlkin layihələndirmə sənədinin (FEED) hazırlanması aparılacaq. Sənədin hazırlanmasına 50 mln dollar həcmində sərmayə tələb olunacaq. Kənan Mirzəyev onu da qeyd edib ki, artıq FEED sənədi hazır olandan sonra son investisiya qərarı veriləcək. Kənan Mirzəyev bildirib ki, qeyd olunan layihə yeni müəssisələrin yaradılması Qeyd edək ki, SOCAR, 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən 2 mlrd.40 mln. ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlayıb.
Вернуться назад |