Главная > Sənaye və energetika > “ING Group” neftin qiyməti üzrə proqnozunu açıqlayıb

“ING Group” neftin qiyməti üzrə proqnozunu açıqlayıb


5-12-2024, 15:50. Разместил: Rss Bot Apa

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.

Bu barədə "Sizinxeber.az-Economics" "ING Group"un iyul ayı üzrə proqnozuna istinadən xəbər verir.

"ING Group"in proqnozuna əsasən, 2024-cü il üzrə "Brent" markalı neftin orta qiyməti 80 dollar, 2025-ci ildə isə 69 dollar təşkil edəcək.

Bundan başqa "ING Group" “Brent”in 2026-cı ildə qiymətinin 70 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.


Вернуться назад