Главная > Sənaye və energetika > Nazir müavini: Azərbaycanda qazlaşdırma səviyyəsi 96,5%-dir
Nazir müavini: Azərbaycanda qazlaşdırma səviyyəsi 96,5%-dir29-11-2024, 15:50. Разместил: Rss Bot Apa |
|
Ölkəmiz dünyada ən çox qazlaşma olan ölkələrdən biridir, birincisidir. Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib. Nazir müavini bildirib ki, hazırda ölkədə qazlaşdırma səviyyəsi 96,5%-dir: “Kiçik kəndlərin, dağ kəndlərinin qazlaşmasında müəyyən problemlər var, bunların həllinə çalışırıq. Qazlaşdırma insanların məişət probleminin həllində xüsusi rol oynayır. Amma indi yeni enerji mənbələri ortaya çıxır. 7-8 ev olan bir kəndə qaz çəkmək nə dərəcədə səmərəlidir?! Biz hələ yeni enerji mənbələrinə vərdiş etməmişik, amma yavaş-yavaş bu istiqamətdə işlər gedir. Gələcəkdə yəqin ki, digər mənbələrdən istifadə etməliyik ki, bu məsələlər həllini tapsın”. Вернуться назад |