Главная > Sənaye və energetika > “Şimal-1” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
“Şimal-1” stansiyasında indiyədək istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb29-11-2024, 12:50. Разместил: Rss Bot Apa |
|
İstismara verildiyi tarixdən cari ilin 1 noyabr tarixinədək “Şimal-1” Elektrik Stansiyasında 51,52 mlrd. kVt-saat elektrik enerjisi istehsal olunub. Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, “Şimal-1” elektrik stansiyası 22 il öncə - 2002-ci il 29 noyabr tarixində istismara verilib. “Gücü 265 MVt olan 1 ədəd qaz turbini və gücü 135 MVt olan 1 ədəd buxar turbinindən ibarət buxar-qaz tipli stansiyanın ümumi qoyuluş gücü 400 MVt təşkil edir”, - məlumatda qeyd olunur. Вернуться назад |