Главная > Sənaye və energetika > ABŞ-də kommersiya neft ehtiyatları 428 mln. barelə düşüb
ABŞ-də kommersiya neft ehtiyatları 428 mln. barelə düşüb28-11-2024, 09:50. Разместил: Rss Bot Apa |
|
Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 1 844 min barel azalaraq 428 448 min barel təşkil edib. "Sizinxeber.az-Economics"in məlumatına görə, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 300 min barel azalacağını proqnozlaşdırırdı. Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Вернуться назад |