Главная > Sənaye və energetika > "The Economist" 2029-cu ilə kimi Azərbaycanın gündəlik neft-qaz hasilatı üzrə proqnozunu açıqlayıb
"The Economist" 2029-cu ilə kimi Azərbaycanın gündəlik neft-qaz hasilatı üzrə proqnozunu açıqlayıb9-10-2024, 10:50. Разместил: Rss Bot Apa |
|
Bu il Azərbaycanın gündəlik neft və təbii maye qaz hasilatı (Crude oil & NGL production) 662 min barrel təşkil edəcək. "APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib. EIU növbəti illərdə Azərbaycanın gündəlik neft-qaz hasilatının nisbətən azalacağını proqnozlaşdırıb. Belə ki, "The Economist"in təhlil qrupu 2025-ci il üzrə Azərbaycanın gündəlik neft-qaz hasilatının 657 min, 2026-cı il üzrə 654 min, 2027-ci il üzrə 652 min, 2028-ci ildə isə 650 min barrel təşkil edəcəyi gözləntisindədir. Вернуться назад |