Главная > Sənaye və energetika > Rusiya 2050-ci ilə qədər neft hasilatı üzrə hədəflərini açıqlayıb
Rusiya 2050-ci ilə qədər neft hasilatı üzrə hədəflərini açıqlayıb26-09-2024, 11:50. Разместил: Rss Bot Apa |
|
Rusiyanın 2050-ci ilə qədər baza ssenarisinə əsasən, neft hasilatı hədəfi 540 mln. ton təşkil edir. “APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib. Onun sözlərinə görə, qeyd olunanlara baxmayaraq, həcmlər ölkənin “OPEC+” çərçivəsində öhdəliklərindən asılı olaraq tənzimlənə bilər. Nazir müavini qeyd edib ki, Rusiya həm 2030-cu, həm də 2050-ci ilə qədər tələbatın potensial artımına əminliklə yanaşır. Xatırladaq ki, “OPEC+” Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır. Вернуться назад |