Neft Fondunun Şahdəniz yatağı üzrə gəlirləri 2 dəfəyə yaxın artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
apr
2026
15:50
0
0
1 019
ff aaaaaaa

Neft Fondunun Şahdəniz yatağı üzrə gəlirləri 2 dəfəyə yaxın artıb

23 apr, 2026
15:50
1 019

Neft Fondunun Şahdəniz yatağı üzrə gəlirləri 2 dəfəyə yaxın artıb

Bu ilin ilk rübündə Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 mlrd. 803,1 milyon manat olub.

"Sizinxeber.az-Economics" bu barədə Fonda istinadən xəbər verir. Bu isə ötən ilin eyni dövrünə nisbətən 40,2% azdır.

Qeyd edilib ki, mənfəət neftinin və qazın satışından 1 802,7 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat təşkil edib.

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından gəlirləri ötən ilin eyni dövrünə nisbətən 30% azalaraq 1 400,5 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə gəlirləri 2 dəfəyə yaxın artaraq 359,6 milyon manata yüksəlib. Ötən ilin ilk rübündə AÇG üzrə gəlirlər 2 001,6 milyon manat, Şahdəniz yatağı üzrə gəlirləri 181,9 milyon manat təşkil edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul