Azərbaycanla Vyetnam arasında beş əməkdaşlıq sənədi imzalanıb
Vyetnamın Hanoy şəhərində 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Hanoyda Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long, AZPROMO, KOBİA, Vyetnam Milli Sahibkarlıq Assosiasiyası və hər iki ölkənin biznes dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirildi. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət etdik. 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı”, - paylaşımda qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycan Vyetnam ilə bərpa olunan enerji sahəsinə dair sənəd imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hanoyda Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi olub - YENİLƏNİB - 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












