"OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz yenilənib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
iy
2025
17:00

"OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz yenilənib

15 iy, 2025
17:00
870

"OPEC+"a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz yenilənib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-2026-cı illər üçün “OPEC+” razılaşmasına (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

"Sizinxeber.az-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 54,01 mln. barel olacağı ehtimal olunur (proqnoz dəyişməyib), bu 2024-cü ilin göstəricisi ilə müqayisədə 0,81 mln. barel çoxdur.

Bununla yanaşı OPEC gələn il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb. Proqnoza əsasən, 2026-cı ildə qeyd olunan göstəricinin 54,74 mln. barel səviyyəsində olacağı gözlənilir (proqnoz dəyişməyib), bu da 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,73 mln. barel çoxdur.

Hesabatda qeyd olunur ki, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 53,2 mln. barel olub, bu 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,36 mln. barel çoxdur.

Xatırladaq ki, 2023-cü ildə “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərin hasilatı 51,84 mln. barel səviyyəsində olub.

Qeyd edək ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.

Bizimlə əlaqə saxlayın