Главная > Sahibkarlıq > Bakıda daşınmaz əmlak bazarı üzrə qiymətlər açıqlanıb - CƏDVƏL
Bakıda daşınmaz əmlak bazarı üzrə qiymətlər açıqlanıb - CƏDVƏL18-08-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Ötən ay Bakıda daşınmaz əmlak bazarının bütün seqmentləri üzrə qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən artıb. Bu barədə "APA-Economics"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib. Səbaildə torpağın qiyməti 29% artıb O bildirib ki, ay ərzində torpaq sahələri üzrə ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb: "Burada torpağın orta qiyməti 431,7 min manata yüksələrək 29% artım nümayiş etdirib. Yasamalda bu göstərici 206,6 min manat olub (+26%), Nəsimidə isə 298 min manat (+21%). Nizami rayonunda torpaqların orta qiyməti 65,2 min manat (+19%), Binəqədidə 55,8 min manat (+14%), Nərimanovda 302,7 min manat (+14%) təşkil edib. Digər rayonlarda artım nisbətən daha mülayim olub – Xətai 237,3 min manat (+12%), Xəzər 26,6 min manat (+12%), Suraxanı 26 min manat (+10%), Sabunçu 47,2 min manat (+10,8%), Qaradağ 15,2 min manat (+7%), Pirallahı isə 9,3 min manat (+8%).
Nərimanovda obyektlər 20% bahalaşıb Qeyri-yaşayış sahələrinin qiymətləri də əhəmiyyətli dərəcədə yüksəlib. 2025-ci ilin iyulunda Nərimanov rayonunda obyektlərin orta qiyməti 5 642 manat (+20%), Nəsimidə 5 169 manat (+19%), Yasamalda 8 145 manat (+18%), Səbaildə 8 203 manat (+16%) təşkil edib. Digər rayonlarda da artım davam edib: Nizami 4 105 manat (+13%), Sabunçu 4 634 manat (+11%), Xətai 6 103 manat (+10%), Xəzər 2 259 manat (+10%), Binəqədi 3 563 manat (+9%), Suraxanı 3 039 manat (+7%), Pirallahı 2 002 manat (+4%), Qaradağ isə 2 029 manat (+5,3%)".
Yeni tikili mənzillər üzrə ən çox bahalaşma Yasamalda qeydə alınıb V.Orucun sözlərinə görə, yeni tikili mənzillərdə də bahalaşma müşahidə olunub: "Yasamal rayonunda mənzillərin orta qiyməti 3 022 manat (+26%), Xətai və Nərimanovda 3 028–3 808 manat aralığında (+22%), Səbaildə isə 3 846 manat (+22%) olub. Nəsimi rayonunda göstərici 3 493 manat (+21%), Nizami rayonunda 2 730 manat (+18%), Sabunçuda 2 518 manat (+12%) təşkil edib. Digər rayonlarda isə artım nisbətən aşağı olub: Binəqədi 2 628 manat (+10%), Xəzər 2 224 manat (+9%), Suraxanı 2 024 manat (+9,1%), Pirallahı 1 312 manat (+8%), Qaradağ isə 1 612 manat (+5,6%).
Köhnə evlərin 1 kvadrat metri 3 min manata çatıb Köhnə tikililərin qiymətləri üzrə ən yüksək artım Yasamalda qeydə alınıb – mənzillərin orta qiyməti 2 497 manata qalxaraq 27% artım göstərib. Səbail rayonunda qiymətlər 2 992 manata (+24%), Nəsimidə 2 513 manata (+18%), Nərimanovda 2 789 manata (+15%) çatıb. Digər rayonlarda da artım qeydə alınıb: Nizami 2 488 manat (+9%), Xətai 2 515 manat (+10%), Sabunçu 2 002 manat (+11%), Binəqədi 2 392 manat (+8%), Xəzər 1 397 manat (+8%), Suraxanı 1 810 manat (+6%), Qaradağ 1 298 manat (+6%). Yeganə zəif artım Pirallahıda müşahidə olunub – cəmi 0,9% (1 279 manat)".
Fərdi evlərdə bahalaşma davam edir "Fərdi yaşayış evləri üzrə isə ən böyük qiymət artımı Səbail rayonunda qeydə alınıb – evlərin orta qiyməti 3 029 manata yüksələrək 29% artıb. Nizami rayonunda bu göstərici 809 manat (+17%), Sabunçuda 697 manat (+16%), Nərimanovda 2 116 manat (+16%), Nəsimidə 1 514 manat (+14%) təşkil edib. Digər rayonlarda da artım davam edib: Xəzər 807 manat (+13%), Suraxanı 706 manat (+12%), Yasamal 1 512 manat (+10%), Binəqədi 854 manat (+10%), Xətai 1 008 manat (+9%), Pirallahı 507 manat (+8%), Qaradağ isə 703 manat (+7%)", - deyə müsahibimiz əlavə edib. |