Главная > Sahibkarlıq > "Apar Ride" barəsində inzibati xəta protokolu tərtib edilib
"Apar Ride" barəsində inzibati xəta protokolu tərtib edilib18-08-2025, 13:50. Разместил: Rss Bot Apa |
|
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, “Apar Ride” MMC barəsində istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi ilə bağlı inzibati xəta protokolu tərtib edilib. Bu barədə "APA-Economics"ə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib. Məlumata görə, şirkət “İstifadəçi razılaşması”na qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edib. Вернуться назад |