“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
dek
2024
13:00
0
0
1 547
ff

“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb

23 dek, 2024
13:00
1 547

“Keşlə bazarı”nın söküntü işləri təxirə salınıb

“Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınıb.

"APA-Economics" xəbər verir ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri icra olunur. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

×
×