Azərbaycanda hazırda Çexiyaya məxsus 25 şirkət fəaliyyət göstərir
sizinxeber.az xəbər saytı

Azərbaycanda hazırda Çexiyaya məxsus 25 şirkət fəaliyyət göstərir


Hazırda Azərbaycanda Çexiyaya məxsus 25 şirkət kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə keçirilən dəyirmi masa zamanı bildirilib.

Naziri Mikayıl Cabbarov Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.

Bildirilib ki, Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanda 25 Çexiya şirkəti fəaliyyət göstərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 428 milyon dollar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda III Azərbaycan - Özbəkistan Regionlararası Forumu keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın iqtisadiyyat naziri Çexiyada iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər