"İrsad" Sea Breeze-də mağaza açıb - FOTO
"Irshad" mağazalar şəbəkəsi inamla genişləməyə davam edir.
Smartfon, elektronika və məişət texnikası sahəsində geniş çeşid, 40.000-dən çox məhsul seçimi və əlçatan qiymətlər təklif edən “Irshad” mağazalar şəbəkəsi ölkə üzrə fəaliyyətini genişləndirməyə davam edir. Şirkət bu dəfə müasir dizaynı və ideal lokasiyası ilə seçilən 55-ci, Bakı şəhəri üzrə isə 27-ci mağazasını Sea Breeze – Lighthouse Mall ərazisində alıcılara təqdim edib. Sea Breeze sakinləri və qonaqları "Irshad"ın zəngin məhsul çeşidi, sərfəli taksit imkanları və yüksək xidmət səviyyəsi ilə yaxından tanış olmaq imkanı qazanacaqlar.
Yeni mağaza geniş məhsul seçimi ilə alıcılara smartfonlardan tutmuş televizorlara, məişət texnikasından aksesuarlara qədər müxtəlif kateqoriyalarda məhsullar təqdim edir. Faizsiz və ilkin ödənişsiz taksitlər, mövsümə özəl kampaniyalar, eləcə də peşəkar satış heyəti ilə müştərilərə rahat və keyfiyyətli alış-veriş təcrübəsi təqdim olunur. Həmçinin açılışa özəl 19–20 iyul tarixlərində qüvvədə olacaq xüsusi kampaniya çərçivəsində bütün məhsulların endirimli qiymətini 12 aya faizsiz və komissiyasız taksitlə əldə etmək də mümkün olacaq.
"Irshad" yalnız satış yönümlü fəaliyyətlə kifayətlənməyərək yerli məşğulluğun artırılmasına da dəstək verir. Şirkət yeni açılan mağazalarda çalışmaq üçün əsasən həmin ərazidə yaşayan işaxtaranları işlə təmin edir. Bu yanaşma həm bölgələrin inkişafına töhfə verir, həm də sosial məsuliyyətin bir göstəricisidir.
Qeyd edək ki, yaxın vaxtlarda Tərtərdə də yeni mağazası fəaliyyətə göstərəcək. Bu, “Irshad”ın bölgələrdəki mövcudluğunu daha da gücləndirməklə yanaşı, yerli sakinlər üçün də əlçatan və keyfiyyətli xidmət imkanlarını artıracaq.
Oxşar xəbərlər
"Irshad" mağazalar şəbəkəsi inamla genişləməyə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kontakt” ticarət mərkəzlərindəki ən böyük elektronika mağazasını “Dəniz Mall”da açır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrşad-dan "Yaşıl Cümə" – Real endirimlər, sərfəli alış-veriş! - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İrşad"da müştərilər üçün endirimli qiyməti 24 aya qədər faizsiz bölmək imkanı [xfgiven_updateblue][/xfgiven_updateblue]
"İrşad"da İLİN ƏN BÖYÜK ENDİRİMLƏRİ! Yaşıl cümə kampaniyası başladı! - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












