Главная > İqtisadiyyat > Kimlərin təqaüdü 55 manat artacaq?
Kimlərin təqaüdü 55 manat artacaq?20-11-2023, 17:09. Разместил: izzet |
|
Bu ilin yanvar ayından pensiyalar artırılacaq. Pravda.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov APA TV-yə açıqlamasında deyib. O bildirib ki, orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq. Deputat bildirib ki, pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşımızın da pensiyası yeni qaydalara əsasən bu ildən etibarən indeksasiya olunaraq artırılır. Pensiya məbləği hansı məbləğdədirsə, o məbləğə uyğun olaraq artım həyata keçir. Вернуться назад |