OPEC neft qiymətlərinin 48 dollardan yuxarı olacağını gözləyirSizinxeber.az – Azərbaycan Xəbərləri

24 Ocak 2021 - 05:32

OPEC neft qiymətlərinin 48 dollardan yuxarı olacağını gözləyir

OPEC neft qiymətlərinin 48 dollardan yuxarı olacağını gözləyir
ƏLAVƏ OLUNUB :

01 Dekabr 2020 - 18:38

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin məqsədi təkcə bir barel neftin qiymətini 48 ABŞ dolları səviyyəsində saxlamaq deyil, həm də bu göstəricini daha yüksək səviyyələrə qaldırmaqdır.

“APA-Economics”in məlumatına görə, bunu Əlcəzairin enerji naziri, OPEC Konfransının Prezidenti Abdelməcid Attar deyib.

Onun sözlərinə görə, OPEC üzvü olan 13 ölkə 2021-ci ilin I rübü üçün hazırda “OPEC+” (OPEC-in və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltmasına dair təşəbbüs) razılaşması çərçivəsində tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin vaxtının uzadılması zərurəti ilə yekdil fikirdədir.

“OPEC son yeddi ayda səylərini davam etdirməsə, bu, neft bazarı üçün təhlükə yaradacaq”, – nazir qeyd edib.

Qeyd edək ki, 30 noyabr və 1 dekabr tarixlərində bir sıra “OPEC+” ölkələri nazirlər səviyyəsində bir sıra iclaslar keçiriləcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barəsində qərar verilməlidir. Aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.