Главная > Maliyyə > Azərbaycandakı investisiya şirkətlərinin aktivləri 50 % artıb
Azərbaycandakı investisiya şirkətlərinin aktivləri 50 % artıb15-04-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Bu il yanvarın 1-nə Azərbaycandakı investisiya şirkətlərinin aktivləri 182 milyon manat, o cümlədən öhdəlikləri 128 milyon manat təşkil edib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən müvafiq olaraq 50 % və 71 % çoxdur. Hesabat dövründə investisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əksrepo əməliyyatlarının həcminin artımı olub. Вернуться назад |