Главная > Maliyyə > AMB I yarımildə 136 min manata yaxın cərimə, maliyyə sanksiyası tətbiq edib
AMB I yarımildə 136 min manata yaxın cərimə, maliyyə sanksiyası tətbiq edib23-08-2024, 15:30. Разместил: Rss Bot Report |
|
Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) 18 yoxlama və 47 nəzarət tədbiri həyata keçirib. “Sizinxeber.az” bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, yanvar-iyun aylarında qurum maliyyə sektoruna 135,609 min manat cərimə, maliyyə sanksiyası tətbiq edib. Hesabat dövründə AMB maliyyə sektorunda 37 lisenziyanın ləğvi, dayandırılması və yaxud məhdudlaşdırılması ilə bağlı tədbir görüb. Belə ki, 6 ayda 28 fiziki və 2 hüquqi şəxs sığorta agentlərinin lisenziyası dayandırılıb, 6 fizki şəxs və 1 müstəsna hüquqi şəxs sığorta agentinin lisenziyası isə ləğv edilib. Вернуться назад |