Bitkoin 2 %-dən çox bahalaşıb
sizinxeber.az xəbər saytı

Bitkoin 2 %-dən çox bahalaşıb


Dünyanın aparıcı kriptovalyutası - bitkoin 107,92 min ABŞ dollarına kimi bahalaşıb.

“Sizinxeber.az” xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 2,16 %, son 7 gündə isə 3,52 % artıb. Nəticədə bitkoinin kapitallaşması 2,145 trilyon ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,61 %, son bir həftədə isə 2,04 % artaraq 2,55 min ABŞ dolları təşkil edib.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” (SOL) olub. Kriptovalyuta son bir sutkada 4,2 %, son bir həftədə isə 0,82 % bahalaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 3,36 trilyon ABŞ dollarıdır.

Oxşar xəbərlər

Bitkoin 2 %-ə yaxın bahalaşıb
Bitkoin 3 %-ə yaxın ucuzlaşıb
"Bitcoin"in qiyməti 87 min dolları ötüb - Kriptobirjada son durum
"Bitcoin"in qiyməti yenidən 90 min dolları ötüb - Kriptobirjanın son göstəriciləri
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib - Kriptobirjada son durum

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər