Naxçıvanda nağdsız ödənişlər təxminən 53 % artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
in
2025
18:00
0
0
2 807
ff

Naxçıvanda nağdsız ödənişlər təxminən 53 % artıb

06 in, 2025
18:00
2 807

Naxçıvanda nağdsız ödənişlər təxminən 53 % artıb

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcmi 119,731 milyon manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 % çoxdur.

Hesabat dövründə Naxçıvanda ödəniş kartlarının sayı 0,6 % artaraq 304 595-ə çatıb.

Bu il aprelin sonuna muxtar respublikada 2 990 POS-terminal, 97 bankomat və 364 ödəniş terminalı olub ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 40,6 % çox, 25,4 % az və 30 % çoxdur.

Bizimlə əlaqə saxlayın

×
×