“FINCA Azerbaijan” 2024-cü ilin maliyyə hesabatını açıqlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
in
2025
11:50

“FINCA Azerbaijan” 2024-cü ilin maliyyə hesabatını açıqlayıb

02 in, 2025
11:50
758

“FINCA Azerbaijan” 2024-cü ilin maliyyə hesabatını açıqlayıb

"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı 2024-cü ili 3 milyon 156 min manat xalis mənfəət ilə başa vurub.

"FINCA Azerbaijan" 2024-cü il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini mövcud mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir. Aztəminatlı insanlara və kiçik təsərrüfat sahiblərinə öz gələcəklərinə sərmayə qoymağa kömək etmək üçün dürüst və səmərəli maliyyə xidmətləri təklif edən qlobal şəbəkənin bir üzvü kimi “FINCA Azerbaijan” təşkilatı hesabat dövrü ərzində artan bazar ehtiyaclarını qarşılamaq üçün öz kredit təkliflərinin müxtəlifliyini saxlayıb.

“FINCA Azerbaijan” haqqında

Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın