14
may
2025
12:00

yuxarı
Naxçıvanda 4 ayda toplanılmış işsizlikdən və icbari tibbi sığorta haqlarının məbləği açıqlanıb

Naxçıvanda 4 ayda toplanılmış işsizlikdən və icbari tibbi sığorta haqlarının məbləği açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 1,5 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,9 milyon manat təşkil edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 5 % çoxdur.