AMB “CFI Financial İnvestisiya Şirkəti”nə icrası məcburi göstəriş verib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
apr
2025
16:00

AMB “CFI Financial İnvestisiya Şirkəti”nə icrası məcburi göstəriş verib

25 apr, 2025
16:00
758

AMB “CFI Financial İnvestisiya Şirkəti”nə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəızi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib və icrası məcburi göstəriş verib.

“Sizinxeber.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilmədiyi üzə çıxıb. Odur ki, investisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Bizimlə əlaqə saxlayın