Gürcüstanın Baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna edib
sizinxeber.az xəbər saytı

Gürcüstanın Baş naziri müxalifətlə danışıqların mümkünlüyünü istisna edib


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

"Xeyr, əlbəttə ki. Heç bir danışıq olmayacaq", - baş nazir müvafiq suala cavabında bildirib.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Buna səbəb hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyi bəyanat olub.

Oxşar xəbərlər

Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb
İrakli Kobaxidzenin Gürcüstanın Baş nazir vəzifəsinə namizədliyi parlamentə təqdim edilib
İrakli Qaribaşvili Gürcüstan hakim partiyasının sədri seçilib
Kobaxidze: 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik
Kobaxidze: Aİ səfiri, danışıqların başlanması sənədini masaya qoyun, bu gün imzalayacağam

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər