“Mastercard” “Rabitəbank”la birgə ətraf mühitə təsiri azaltmaq üçün Karbon Kalkulyatoru təqdim edib
"Mastercard" beynəlxalq kart təşkilatı "Rabitəban" ASC ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda ətraf mühitin dayanıqlılığı istiqamətində atılan addımları dəstəkləmək məqsədilə məqsədilə Karbon Kalkulyatorunu istifadəyə verib. Bu innovativ alət istehlakçılara öz təqribi karbon izlərini daha yaxşı anlamağa kömək edir. Artıq "Rabitəbank" vasitəsilə təqdim olunan "Mastercard Karbon Kalkulyatoru" azərbaycanlı istehlakçılara daha məlumatlı və ətraf mühitə həssas xərcləmə qərarları verməyə həvəsləndirir.
İsveçrənin “Doconomy” innovasiya startapı ilı birgə hazırlanmış "Mastercard Karbon Kalkulyatoru" istifadəçilərə müxtəlif kateqoriyalar üzrə alış-verişləri əsasında təxmini fərdi karbon emissiyalarının aydın təsvirini təqdim edir. Bu həll daha məlumatlı alış-veriş qərarlarını dəstəkləməklə qlobal və milli dayanıqlılıq məqsədlərinə töhfə verir.
"Mastercard" "Rabitəbank"la birgə daha dayanıqlı seçimlər etmək üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən, həmçinin ətraf mühitə təsiri azaldan rəqəmsal həllər təqdim etmək öhdəliyinə sadiqdir. "Rabitəbank"ın Karbon Kalkulyatorunu tətbiq etməsi müştərilərinə iqlim dəyişikliyini azaltmaq üçün qlobal səylərə qoşulmaq imkan verəcək," – deyə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə Baş Meneceri Avşar Gürdal bildirib.
"Rabitəbank" olaraq biz müştərilərimizi planetimizə müsbət təsir edən məlumatlı qərarlar verməyə təşviq etməyin gücünə inanırıq. Azərbaycanda "Mastercard Karbon Kalkulyatoru"nu istifadəyə verməklə cəmiyyətimizin ətraf mühitə təsirini idarə etməsinə və daha dayanıqlı bir gələcəyə töhfə verməsinə kömək edirik. Bu əməkdaşlıq "Mastercard" ilə birgə dayanıqlılığa və gələcək nəsillərin rifahının yüksəldilməsinə olan sadiqliyimizi nümayiş etdirir," - deyə "Rabitəbank"ın İdarə Heyətinin sədri Dr. Aydın Hüseynov qeyd edib.
Milli İlqim Hədəflərinə Dəstək
"Mastercard Karbon Kalkulyatoru" artıq 12 ölkədə, o cümlədən Bolqarıstan, Honq Konq, Macarıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, İspaniya, Tayvan, BƏƏ və Böyük Britaniyada yerləşən 33 müştəri ilə fəaliyyət göstərir.
Karbon Kalkulyatoru "Mastercard"ın karbon emissiyalarını azaltmaq və qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Şirkət 2040-cı ilə qədər sıfır xalis tullantı hədəfinə çatmağı planlaşdırır, 2028-ci ilə qədər "Mastercard" şəbəkəsində bütün fiziki ödəniş kartlarının istehsalında ilkin olaraq PVC plastiklərindən mərhələli şəkildə imtinanı tələb edən “Dayanıqlı Kartlar Proqramı”nı hazırlayıb. Bu günə qədər 108 ölkədə 750-dən çox emitent 685 milyon kartın təkrar emal edilmiş və bioəsaslı materiallara keçidini təmin etmək üçün qeydiyyatdan keçib. "Mastercard" ətraf mühitin dayanıqlılığını biznesinin fəaliyyətinin mərkəzinə qoyaraq hər kəs üçün daha keffiyyətli həyat yaratmaq üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən məlumat, bilgi və texnologiya üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.
Oxşar xəbərlər
"Mastercard" və ABB dayanıqlılıq hakatonuna başlayır
Qarabağ Universitetinə yeni prorektor təyin olunub
“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTO
ABB Mastercard-la birgə dayanıqlılıq mövzusunda hakatona start verir!
Elektromobil sahibləri ətraf mühitə DYM avtomobili sürücülərindən daha çox ziyan vururlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Suriya müxalifət qüvvələri Homsun şimalında tam nəzarəti ələ keçirib - YENİLƏNİB
-
Marneulidə aşıq və sazbənd Bəfalı Adıgözəlovun 65 illik yubileyi qeyd olunub
-
ABŞ-nin Kolorado ştatında Azərbaycan icmasının ilk diaspor təşkilatı yaradılıb
-
Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək
-
Şövkət Ələkbərovanın ifa etdiyi daha 4 mahnının erməni musiqisi kimi təqdim olunmasının qarşısı alınıb
-
Mersisayd derbisi ertələnə bilər