Bankların problemli kreditləri AMB-nin açıqladığı rəqəmdən niyə 2 dəfə çoxdur?
Azərbaycandakı 22 bankdan 21-nin bu il oktyabrın 1-nə açıqladığı kredit riski hesabatlarına əsasən, ölkədə vaxtı keçmiş kreditlərin ümumi məbləği azı 962 milyon manatdır.
Halbuki, Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın sonuna ölkədə 480 milyon manat vaxtı keçmiş kredit olduğunu açıqlayıb.
"Sizinxeber.az" yaranmış 2 dəfə fərqin səbəblərinə aydınlıq gətirmək üçün tənzimləyici quruma müraciət edib.
AMB-dən verilən açıqlamada bildirilib: "Bu yanaşma fərqindən irəli gəlir. Belə ki, AMB-nin statistik bülletenində Beynəxalq Valyuta Fondunun istifadə etdiyi yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Banklar isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığını tam olaraq göstərir. Əlavə olaraq bildiririk ki, AMB aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) məbləğini də internet səhifəsində açıqlayır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707,3 milyon manat təşkil edib".
Oxşar xəbərlər
Azərbaycanda problemli kreditlərin məbləği 10 %-dən çox azalıb
Azərbaycanda problemli kreditlərin həcmi 31 % azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 11 %-dən çox azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 8 % azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 10 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.12.2024)