Azərbaycanda 2030-cu ilədək bank sektorunun istixana qazı emissiyalarının 35 % azaltmaq hədəflənir
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank sektorunda 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı qarşısına məqsəd qoyub.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu addım Azərbaycan hökumətinin iqlim hədəflərinə dəstək verir və bank sektorunun ekoloji məsuliyyətini gücləndirir:
“Dayanıqlı Bankçılıq mövzusunda atılmış addımlardan biri ABA-nın ESG strategiyasının hazırlanması idi. Strayegiya 2024-2030-cu illəri əhatə etməklə, üç əsas məqsəd (Dayanıqlı maliyyə imkanlarını artırılması, ESG məlumatlılığını artırılması, ESG imkanlarını təkmilləşdirilməsi) üzərində qurulub. Bu məqsədlərə çatmaq üçün ümumilikdə 10 təşəbbüs müəyyənləşdirilib. Bura banklarda dayanıqlı məhsulların təkmilləşdirilməsi, təcrübə mübadiləsi fəaliyyətlərinin gücləndirilməsi, ESG məlumatlılıq kampaniyalarının inkişaf etdirilməsi, insan kapitalının inkişafı, bank sektorunda rəqəmsallaşma səviyyəsinin artırılması kimi təşəbbüslər daxildir.
ESG strategiyasının uğurla həyata keçirilməsi üçün təşəbbüslərə xidmət edən 97 strateji tapşırıq müəyyən edilib. Bu tapşırıqlar, hər bir təşəbbüs üçün konkret addımları və nailiyyətləri müəyyənləşdirir, həmçinin bank sektorunda ESG-nin tam inteqrasiyasını dəstəkləyir”.
Z. Nuriyev qeyd edib ki, bununla yanaşı ESG strategiyasının irəliləyişini ölçmək üçün 18 fərqli metrikdən istifadə edilir ki, bura Dayanıqlı layihələrə sərmayə: "Bank sektoru tərəfindən sözügedən layihələr üçün maliyyə vəsaitlərinin ayrılması, verilmiş dayanıqlı kreditlərin ümumi sayı, buraxılmış "yaşıl istiqrazlar"ın məbləği, ağac əkmə təşəbbüsü, ESG hesabatını təqdim edən üzvlərin faizi və ESG məlumatlarını açıqlayan üzvlərin faizi kimi göstəricilər daxildir ki, bu da ESG strategiyasının konkret və ölçülə bilən nəticələrə yönəldiyini göstərmək üçün əhəmiyyətlidir".
Oxşar xəbərlər
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
Azərbaycana karbonsuzlaşdırma və dayanıqlılıq üçün tələb olunan vəsait açıqlanıb
ABA: Ölkədə "yaşıl maliyyələşmə"yə dəstək üçün yeni fond yaradıla bilər
Azərbaycanda "yaşıl maliyyə" və dayanıqlı inkişaf forumu keçiriləcək
Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












