"Bakı Fond Birjası"nın dövriyyəsi 35% azalıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
iy
2026
16:50
ff

"Bakı Fond Birjası"nın dövriyyəsi 35% azalıb

07 iy, 2026
16:50
187

"Bakı Fond Birjası"nın dövriyyəsi 35% azalıb

Bu ilin yanvar–iyun aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 23,8 milyard manat təşkil edib.

APA-Economics” BFB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% azalıb.

Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 35 442 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 708,4 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 809,3 milyon manat, korporativ qiymətli kağızların həcmi isə 309,7 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 407,5 milyon manat olub.

Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, I yarımildə bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 21,6 milyard manat təşkil edib.

Bizimlə əlaqə saxlayın

×
×