Auditorlar Palatasında dələduzluq hallarına qarşı tədbirlər müzakirə olunub
Auditorlar Palatasında audit zamanı dələduzluq hallarına qarşı görüləcək tədbirlər müzakirə olunub.
“Sizinxeber.az” bu barədə Palataya istinadən xəbər verir.
Palatada keçirilən “Dəyirmi masa”da qurumun aparat rəhbəri Qəşəm Bayramov çıxış edərək auditorların fəaliyyətində şəffaflıq və qanunvericiliyə riayət olunmasının vacibliyinə diqqət çəkib.
O bildirib ki, auditorlar yüksək keyfiyyətli xidmət göstərmək üçün qanunvericilik aktları ilə yanaşı, Beynəlxalq Audit Standartları (BAS), Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və Auditorlar Palatasının normativ sənədlərinin tələblərinə ciddi şəkildə əməl etməlidirlər.
Q.Bayramov auditorların xüsusilə 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” adlı Beynəlxalq Audit Standartına xüsusi diqqət yetirməli olduğunu vurğulayıb. O qeyd edib ki, maliyyə hesabatlarında təhriflər ya dələduzluq, ya da səhv səbəbindən baş verə bilər və bu iki halı bir-birindən fərqləndirən əsas amil qəsd faktorudur.
Qeyd olunub ki, dələduzluq iki əsas formada özünü göstərir: maliyyə hesabatlarının saxtalaşdırılması və aktivlərin mənimsənilməsi. Auditor isə audit prosesi zamanı bu təhriflərin aşkarlanması və qarşısının alınması üçün peşəkar şübhəçilik prinsipinə əməl etməli, riskləri düzgün qiymətləndirməlidir.
Oxşar xəbərlər
Auditorlar Palatası məcburi audit subyektlərinin rəhbərlərinə müraciət edib
Auditorlar Palatası: 11 auditor minimum dəyər tələbini pozub
Azərbaycan auditorları haqsız rəqabətdən şikayət edir
Auditorlar Palatasının mənfəəti cüzi artıb
Naxçıvanda mühasibatlıq və audit sistemi beynəlxalq standartlara uyğunlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
