AMB: Manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyirik » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
iy
2025
13:00
ff aaaaaaa

AMB: Manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyirik

23 iy, 2025
13:00
841

AMB: Manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyirik

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyir.

"Report" xəbər verir ki, bunu AMB-nin baş direktoru Vüqar Əhmədov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Avro-dollar məsələsi çox vacibdir. Bu məsələdə bir neçə ilə deyil, çox geniş dövrə baxmaq lazımdır. Manatın məzənnəsi sabit olsa da, dollar-avro münasibətləri dəyişir. Biz 20 illik dinamikaya baxsaq görərik ki, orta göstəriciyə qısamüddətli qayıdış ola bilər. Ancaq bu o demək deyil ki, digər valyutalar avro və dollar qarşısında dəyərini itirir. Dolların daima ucuzlaşacağı fikri doğru deyil. Spot dollar indeksinin manatın nominal effektiv məzənnəsinə təsiri çox aşağıdır", - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul