Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi artıb


Azərbaycanın 2025-ci ilin ilk 5 ayı ərzində Gürcüstanla ticarət dövriyyəsinin həcmi 330 milyon dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, bu müsbət tendensiyanın ilin sonunadək davam etməsi gözlənilir.

Ceyhun Bayramov Azərbaycanın həm dövlət, həm də şirkətlər səviyyəsində Gürcüstan iqtisadiyyatında aktiv olduğunu, Azərbaycanın Gürcüstanın əsas investorlarından biri olduğunu qeyd edib. Nazir əlavə edib ki, Azərbaycan bugünədək Gürcüstana 3.6 milyard dollar dəyərində investisiyalar yatırıb.

Ceyhun Bayramov görüş zamanı Qara dəniz sualtı elektrik enerjisi layihəsinə də diqqət yetirildiyini, bir sıra Mərkəzi Asiya ölkələrinin, xüsusilə də Qazaxıstan və Özbəkistanın bu layihəyə qoşulmaq niyyətlərini ifadə etdiklərini və bu istiqamətdə artıq işlərin başlanıldığını qeyd edib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanı Azərbaycana dəvət edib
Ceyhun Bayramov Gürcüstana səfər edəcək
Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə görüşüb
Maka Boçorişvili Ceyhun Bayramovu Gürcüstana səfərə dəvət edib
Ceyhun Bayramov: Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi hər zaman prioritetdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər