"Bank Respublika" Milli Mətbuat Günü münasibəti ilə press-tur təşkil edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
iy
2025
10:30
ff aaaaaaa

"Bank Respublika" Milli Mətbuat Günü münasibəti ilə press-tur təşkil edib

22 iy, 2025
10:30
838

"Bank Respublika" Milli Mətbuat Günü münasibəti ilə press-tur təşkil edib

Bu gün Azərbaycan Milli Mətbuatının təməl daşı sayılan “Əkinçi” qəzetinin nəşrindən 150 il ötür.

Ənənəyə sadiq qalan "Bank Respublika" bu əlamətdar gün münasibətilə ölkənin tanınmış media nümayəndələri üçün növbəti tur təşkil edib.

Səfər çərçivəsində jurnalistlər ŞamaxıGöyçay rayonlarında olublar.

Press-tur Azərbaycan mətbuatının təməlini qoymuş görkəmli ziyalı, maarifçi və publisist Həsən bəy Zərdabinin məzarının ziyarəti ilə başlayıb. Jurnalistlər böyük maarifçinin məzarı önünə gül dəstələri qoyaraq onun xatirəsinə ehtiramlarını bildiriblər.

İki gün davam edən press-tur çərçivəsində media nümayəndələri əvvəlcə "Bank Respublika"nın maliyyə dəstəyi ilə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda yaradılmış sosial müəssisəyə baş çəkiblər. Jurnalistlər burada fəaliyyət göstərən qadınların iş şəraiti ilə yaxından tanış olub, onların təşəbbüslərini dəstəkləyiblər.

Səfərin növbəti dayanacağı Göyçay rayonu olub. Burada iştirakçılar "Bank Respublika"nın uzunmüddətli dəstək göstərdiyi yerli biznes təsərrüfatlarından biri olan meyvə bağlarını ziyarət ediblər. Onlara təsərrüfatda yetişdirilən meyvələrin yığımı, çeşidlənməsi və qablaşdırılması prosesi ətraflı şəkildə təqdim olunub.

Press-tur çərçivəsində media nümayəndləri üçün asudə vaxtlarının daha maraqlı keçməsi məqsədilə Şamaxı Safari ParkŞamaxı Astrofizika Rəsədxanasına ekskursiyalar da təşkil olunub.

Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr:  Facebook | Instagram | LinkedIn | Telegram
Çağrı Mərkəzi: 144

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul