APA-nın əməkdaşı ASA-nın keçirdiyi yazı müsabiqəsinin qalibi olub - FOTO
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) tərəfindən Milli Mətbuatın 150 illiyi münasibətilə jurnalistlər arasında təşkil olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
"APA-Economics" xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev tədbiri giriş sözü ilə açaraq jurnalistləri həm Milli Mətbuatın 150 illiyi, həm də yazı müsabiqəsində əldə etdikləri nailiyyət münasibətilə təbrik edib gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcraçı direktor öz çıxışında sığorta maarifləndirməsi və təbliğatı işində medianın əvəzsiz rolu və əhəmiyyətinə toxunaraq bunu yüksək qiymətləndirdiyini vurğulayıb və mediaya bu dəstəyə görə səmimi təşəkkürünü bildirib.
Yazı müsabiqəsində I yerə APA İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 2-ci yerə “Report” İnformasiya Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, 3-cü yerə isə “Ena.az” xəbər portalının baş redaktoru İlhamə Abdullayeva layiq görülüb.
“İki sahil” qəzetinin iqtisadiyyat müxbiri Yaqut Ağaşahqızına, “Minval.az” xəbər saytının müxbiri Zarina Orucəliyevaya, “ATV” kanalının baş redaktoru Vəfa Şəhlayiyə və “Banco.az” xəbər portalının redaktoru Mehin Qasımovaya sertifikat və pul mükafatı, “Kommersant.az” maliyyə portalının direktoru Nərmin Qəniyə, “Qafqazinfo.az” xəbər agentliyinin müxbiri Zülfiyyə Quluyevaya və “Valyuta.az” xəbər portalının əməkdaşı Sərvanə Rəmixanovaya qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunub.
Oxşar xəbərlər
“Report”un əməkdaşı ASA-nın keçirdiyi yazı müsabiqəsinin qalibi olub
İKTA yazı müsabiqəsinin qaliblərini mükafatlandırıb
ARDNF-də mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
“150 ilin söhbəti” kitabı nəşr olunub
Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












