Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlərini keçirib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti fərdi görüşlərini keçirib.
“APA-Economics” xəbər verir ki, görüşlər zamanı beynəlxalq tədbirlərdə protokol qaydalarının tətbiqi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tərəfdaşlarla effektiv kommunikasiyanın qurulması mövzuları müzakirə olunub.
İdarə Heyətinin sədri Zakir İbrahimov müsabiqə qalibləri ilə şəxsi təcrübəsini bölüşərək, onlara həmin istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirmələri üçün tövsiyyələr verib. Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərə öz potensialını reallaşdırmaq, peşəkar bacarıqlarını artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün geniş imkanlar yaratdığını vurğulayaraq, proqram iştirakçılarını onlara təqdim olunmuş bu imkanlardan maksimum yararlanmağa dəvət edib.
Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.
Oxşar xəbərlər
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
“AzerGold” İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qaliblərini qəbul edib
“AzerGold”da 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirilib
Nazir Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












