Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlaya bilər
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlaya bilər


Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə, yəni iyulun 23-də növbəti dəfə uçot dərəcəsini açıqlayacaq.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Mərkəzi Bank iyunun 11-də açıqladığı qərarda inflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalmasının növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada biləcəyini vurğulamışdı.

Analitiklər qeyd edirlər ki, bu, yumşalma istiqamətində açıq siqnaldır, lakin şərt kimi qeyri-müəyyənliyin azalmasını göstərilir. Bu isə uçot dərəcəsinin endiriləcəyinə tam zəmanət vermir. AMB bu iclasda uçot dərəcəsini dəyişməz saxlayacaq, lakin mətbuat konfransında daha açıq yumşalma siqnalları verilə bilər. Əgər avqust-sentyabr aylarında inflyasiyada azalma davam edərsə, oktyabrda ilk faiz endirimi baş tuta bilər.

Xatırladaq ki, Mərkəzi Bank 2024-cü ilin may ayından etibarən uçot faiz dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Oxşar xəbərlər

Mərkəzi Bankı növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Rusiya Mərkəzi Bankı üç ildə ilk dəfə uçot dərəcəsini endirib
Rusiya Mərkəzi Bankı son üç ildə ilk dəfə uçot dərəcəsini endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər