Güzəştli ipoteka krediti üzrə borcalanın gəlirinin hesablanması qaydası dəyişib
sizinxeber.az xəbər saytı

Güzəştli ipoteka krediti üzrə borcalanın gəlirinin hesablanması qaydası dəyişib


Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası dəyişir.

Sizinxeber.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin aylıq məcmu gəliri Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində minimum aylıq əməkhaqqının 3, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 2 misli miqdarında hesablanır.

Oxşar xəbərlər

MİDA-nın güzəştli mənzilləri üzrə 233 mln. manatlıq ipoteka krediti verilib
Azərbaycanda I rübdə dövlət xətti ilə 1 300-ə yaxın ipoteka krediti verilib
Azərbaycanda ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub
Sahil Babayev ipoteka siyasətinin dəyişdirilməsinə münasibətini açıqlayıb
İlin əvvəlindən İKZF-nin vəsaiti hesabına 365 mln. manatdan çox ipoteka krediti verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər