Hərbçilərin uşaqları üçün müavinət artırılıb
sizinxeber.az xəbər saytı

Hərbçilərin uşaqları üçün müavinət artırılıb


Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətlərin məbləği artırılıb.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinətlərin məbləği 120 manatdan 140 manata qaldırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Nazirlik valideyn himayəsindən məhrum şəxslərə verilən birdəfəlik sosial ödənişin artırılmasını şərh edib
DSX və SHXÇDX-nın həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir
Azərbaycanda sosial müavinətlər, Prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər