Главная > İnfrastruktur > Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib19-02-2025, 15:50. Разместил: Rss Bot Apa |
|
Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. “Sizinxeber.az-Economics ”xəbər verir ki, xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü: 2.0-3.0 m, sonrakı inkişafda 5.0-7.0 m.çatacağı proqnozlaşdırılır. Вернуться назад |