Главная > İnfrastruktur > Biləsuvarda bu il 23 küçə və 5 dalanda yollar yenidən qurulub
Biləsuvarda bu il 23 küçə və 5 dalanda yollar yenidən qurulub22-12-2023, 00:57. Разместил: Rss Bot Report |
|
Biləsuvar şəhərinin küçələrində aparılan asfaltlaşma işləri artıq yekunlaşmaq üzrədir. "Report"un Muğan bürosunun məlumatına görə, ötən il görülən işlərin davamı olaraq 2023-cü ildə şəhərin 23 küçəsində və 5 dalan hissəsində yolların yenidən qurulması, təmiri və asfaltlaşdırılması işləri həyata keçirilib. Əvvəlcə küçələrin ehtiyac yaranan hissələrində asfalt örtük təmizlənib, deformasiyaya uğramış və dağılmış hissələr yenilənib və bəzi küçələrdə isə yollara qum-çınqıl qatışığı tökülərək kipləşdirilib. Son aylar havaların isti və yağmursuz keçməsi görülən işlərin tez bir zamanda yekunlaşmasına şərait yaradıb. Bunun nəticəsində artıq şəhərin Bakı və Babək küçələrindən başqa digər bütün küçələrdə işlər başa çatıb. Qalan 2 küçədə isə işlər yaxın günlərdə bitəcək. Вернуться назад |