
Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb

Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsinə başlayıb.
"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, ictimai müzakirənin keçirilməsində əsas məqsəd texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakının təmin edilməsi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarətdir.
Dövlət orqanları, sahibkarlıq subyektləri, mütəxəssislər və digər maraqlı tərəflər Agentliyin rəsmi internet səhifəsinə (
İnsanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 5 mart 2025-ci il tarixli qərarı ilə qeyri-qida mallarının siyahısı müəyyənləşdirilib. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarının cəlb olunduğu işçi qrupun fəaliyyəti çərçivəsində sözügedən malların təhlükəsizliyinə dair bu günə qədər 34 milli texniki reqlament layihəsi hazırlanıb.