22
may
2025
15:50

yuxarı
PUA hücumu ilə bağlı Moskvaya bir sıra reyslər təxirə salınıb

PUA hücumu ilə bağlı Moskvaya bir sıra reyslər təxirə salınıb
Ukraynanın pilotsuz qurğularının (PUA) səhər saatlarından davam edən hücumu səbəbindən uçuş və enişlə bağlı məhdudiyyətlər səbəbindən Moskvanın üç hava limanında 160-dan çox reys təxirə salınıb.
"Sizinxeber.az-Economics" xəbər verir ki, Domodedovoya – 71 reys, Şeremetyevoya – 72 reys, Vnukovoya – 19 reys gecikib.