Tokayev: TDT-nin strateji məqsədi Orta Dəhlizi Şərq və Qərb arasında nəqliyyat körpüsünə çevirməkdir
sizinxeber.az xəbər saytı

Tokayev: TDT-nin strateji məqsədi Orta Dəhlizi Şərq və Qərb arasında nəqliyyat körpüsünə çevirməkdir


Türk Dövlətləri Təşkilatının (TDT) strateji məqsədi Orta Dəhlizi Şərq və Qərb arasında nəqliyyat körpüsünə çevirməkdir.

“Sizinxeber.az”un Qazaxıstan bürosunun məlumatına görə, bunu ölkənin Prezidenti Kasım-Jomart Tokayev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

Qazaxıstan Prezidenti, tarif siyasətindəki dəyişikliklər ilə əlaqədar ciddi transformasiya yaşayan qlobal ticarətdəki vəziyyəti xatırladıb.

K.Tokayevin fikrincə, bu cür hallar həm çağırışlar, həm də yeni imkanlar yaradır. O, çətinliklərin öhdəsindən gəlmək üçün sənaye, nəqliyyat və logistika, kənd təsərrüfatı və rəqəmsallaşma kimi əsas sektorlarda səyləri birləşdirməyi təklif edib.

Qazaxıstan Prezidenti həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələri "Şimal-Cənub" istiqaməti də daxil olmaqla, iri infrastruktur layihələrinin birgə həyata keçirilməsinə çağırıb. Bu da türk regionunun əsas tranzit mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.

Oxşar xəbərlər

Tokayev: İƏT ilə TDT arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar var
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti
Tokayev: Məqsədimiz Türk Dövlətləri arasında birliyi gələcək nəsillərə ötürməkdir
Yaxın gələcəkdə Qazaxıstanda TDT-nin nümayəndəliyinin açılması planlaşdırılır
Tokayev: Orta Dəhliz Avropaya ən qısa və ən etibarlı marşrutdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər