ADY sərnişin qatarının qarşısına heyvan sürüsünün çıxması ilə bağlı məlumat yayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2025
20:00

ADY sərnişin qatarının qarşısına heyvan sürüsünün çıxması ilə bağlı məlumat yayıb

13 may, 2025
20:00
563

ADY sərnişin qatarının qarşısına heyvan sürüsünün çıxması ilə bağlı məlumat yayıb

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.

Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur.

Bizimlə əlaqə saxlayın