Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
apr
2025
12:30

Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb

27 apr, 2025
12:30
428

Bakının iki küçəsinin kəsişməsində hərəkət müvəqqəti məhdudlaşdırılıb

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində təmir işləri aparılır.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Belə ki, təmir işləri çərçivəsində artıq ərazidə frezlənmə (köhnə asfaltın qaşınması) prosesi yekunlaşıb. Hazırda ərazidə sözügedən hissəyə yeni asfalt-beton örtüyünün döşənməsi icra olunur.

Bununla əlaqədar olaraq qeyd olunan kəsişmədə hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifafə etmələri xahiş olunur.

Qeyd edək ki, aparılan təmir işlərinin bu gün axşam saatlarına qədər yekunlaşdırılması planlaşdırılır.

Bizimlə əlaqə saxlayın