AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
apr
2025
12:00

AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib

26 apr, 2025
12:00
924

AZAL-ın prezidenti Dünya Pilotlar Günü ilə bağlı paylaşım edib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Samir Rzayev 26 aprel Dünya Pilotlar Günü ilə bağlı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Sizinxeber.az"un məlumatına görə, paylaşımda deyilir:

"Bu gün Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik.

Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik.

Bütün pilot heyətimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara açıq səma və uğurlu uçuşlar arzulayıram!

AZAL olaraq sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkar komanda ilə fəxr edirik".

Bizimlə əlaqə saxlayın