Azərbaycanda “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib
sizinxeber.az xəbər saytı

Azərbaycanda “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu” dəyişib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu”nda dəyişiklik edilib.

“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı nazir nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamenti”nin IV bölməsində qeyd olunan mallarla yanaşı kosmik fəzaya, kosmik obyektlərə hər hansı siqnal, səs və ya təsvir ötürən əşyalar da bu siyahıya əlavə edilib.

Bundan başqa, qəza yerini göstərən – peyk radiomayak stansiyası bu nomenklaturadan çıxarılıb.

Nazirlik Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Oxşar xəbərlər

Azərbaycanda “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edilib
“Nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə” dəyişib
Azərbaycanda poçt ödənişlərinin təsdiqinə dair çıxarışı 5 il ərzində əldə etmək mümkün olacaq
Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib
Azərbaycanda lotereya təşkilatçılarının üzərinə yeni öhdəlik qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər