Bakıda icarəyə verilən mikromobillik vasitələrinin sayı açıqlanıb
Bakıda operatorlar tərəfindən icarəyə verilən mikromobillik vasitələrinin sayı təxminən 4670 ədəd təşkil edir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, bunların 77%-ni kiçik elektrik nəqliyyat vasitəsi (skuter), 18%-ni velosiped, 5%-ni elektrik velosipedi təşkil edir:
"Ötən il sentyabr-dekabr aylarında mikromobillik operatorları tərəfindən 850 944 sifariş qəbul edilib və 2 244 302 kilometr məsafə qət edilib. Ötən il avqust ayının 24-də velosipedlərin icarəsi üzrə "Apar" xidməti və mobil tətbiqi istifadəyə verilib. Bu xidmət çərçivəsində indiyədək təxminən 215 800 kilometr məsafə qət edilib. Velosipedlər üçün 60 parklanma məntəqəsi təşkil edilib. "Apar" xidməti üzrə istifadəçi sayı 46 min nəfər təşkil edir".
Oxşar xəbərlər
Bakıda kirayəyə velosiped götürənlərin gündəlik sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Gələn il Bakıda 80 kilometrlik mikromobillik şəbəkəsinin qurulması başa çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yeni mikromobillik zolağı istifadəyə verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda daha bir küçədə mikromobillik imkanları genişləndirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Rzayev: Məqsədimiz Bakının mərkəzində fərdi nəqliyyat vasitələrinin sayını azaltmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












