ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
noy
2024
16:50

ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib

12 noy, 2024
16:50
535

ADY Bakı Dəmiryol Vağzalından istifadə edən sərnişinlərə müraciət edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu günlərdə yollarda hərəkət intensivliyinin artması fonunda sərnişinlərə öz tövsiyələrini verib.

Sizinxeber.az-Economics” xəbər verir ki, ADY ilk növbədə şəhərlərarası səyahətlər üçün Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlməyə tövsiyə edib.

“Sərnişinləri yola salmaq və ya qarşılamaq məqsədilə vağzala maksimum dərəcədə az daxil olun. Mümkün olduqda gəlməməyə çalışın”, - ADY-nin məlumatında qeyd olunur.

Bildirilir ki, sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.

Əlavə məlumat üçün 1822 Əlaqə Mərkəzinə zəng edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın